Fernandes üçün Səudiyyə Ərəbistanında göruş olub

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin Yaxın Şərqə transferi getdikcə daha real görünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifini ciddi şəkildə nəzərdən keçirir.

Fernandesin agenti Miqel Pinyu bu həftə Ər-Riyada gedərək klub rəhbərliyi, o cümlədən prezident Fahad bin Nafellə görüşüb.

Daxili mənbələr görüşü “səmərəli” kimi qiymətləndirib və tərəflər arasında irəliləyiş olduğunu bildiriblər. “Əl-Hilal” Klublararası dünya çempionatından əvvəl heyətini gücləndirmək niyyətindədir və Fernandesin transferini prioritet hesab edir.

Səudiyyə Ərəbistanı tərəfinin nümayəndələrinin sözlərinə görə, 30 yaşlı oyunçu hələ ki, təklifi rədd etməyib. Son 48 saat ərzində danışıqların intensivləşməsi “Əl-Hilal”ın konkret addımlar atmağa hazırlaşdığını göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button