“Əl-Hilal” Neymarla müqaviləni dayandıra bilər

“Əl-Hilal” hücumçusu Neymarla müqaviləni dayandırmaq variantını nəzərdən keçirir.

Komanda.az “ITA Sport Press”-ə istinadən xəbər verir ki, klubun müqaviləni dayandırmaq istəyində məqsəd qış transfer pəncərəsində əcnəbi futbolçuların qeydiyyatına yer açmaqdır.

Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvay yığması ilə matçda (0:2) zədələnib. 31 yaşlı futbolçunun gözlənilən sağalma müddəti 10 aya qədər ola bilər. Onun bu mövsüm bir daha meydana çıxmama ehtimalı yüksəkdir.

Braziliyalı hücumçu yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Neymar Səudiyyə Ərəbistanı çempionatında 3 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button