
PSJ Neymarı ərəblərə satır
PSJ-nin hücumçusu Neymar “Əl-Hilal”a keçməyə yaxındır.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubuna keçidi bir neçə günə reallaşa bilər.
“Əl-Hilal” artıq PSJ ilə razılığa gəlib.
Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. O vaxtdan bəri hücumçu parislilərin heyətində 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin