“Əl-Hilal” Neymara müraciət etdi
“Əl-Hilal” zədədən sonra komandanın hücumçusu Neymara müraciət edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub bununla bağlı sosial şəbəkədə paylaşım edib:
“Daha güclü qayıdın”.
Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvay yığması ilə oyunun (0:2) birinci hissəsinin sonunda meydanı göz yaşları içində tərk edib. Futbolçunun ön çarpaz bağ zədəsi və dizində menisk yırtığı təsdiqlənib və əməliyyat olunacaq.
Braziliyalı hücumçu yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Neymar Səudiyyə Ərəbistanı çempionatında üç oyun keçirib və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin