Ərəblər də gözünü ona dikib

Braziliyalı hücumçu Neymar bu qış “Əl-Hilal”dan ayrılaraq “Santos”a qayıdıb.

Komanda.az “Todofichaes”-ə istinadən xəbər verir ki, Neymarın gedişindən sonra Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi yeni oyunçu axtarışlarına başlayıb.

“Əl-Hilal” Portuqaliya millisinin və “Milan”ın vingeri Rafael Leaonun xidmətində maraqlıdır. 25 yaşlı futbolçunun potensial transferi 80 milyon avro qiymətləndirilir. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Daha əvvəl mətbuatda Leao ilə “Barselona”nın maraqlandığı barədə məlumatlar yayılmışdı. O, Kataloniya klubunda braziliyalı vinger Rafinyanı əvəz edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button