“Əl-Əhli”də mühüm rol oynadığımı hiss etdim”

“Əl-Əhli”nin qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanı liqasına niyə keçdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bəzi insanlar tez nəticə çıxarır və deyirlər ki, yeganə səbəb puldur. “Çelsi”dən ayrılarkən əvvəlcə bu klubda artıq mümkün olmayan hər şeyi qazana biləcəyim bir komandaya qoşulduğumu söylədim. “Əl-Əhli”də mühüm rol oynadığımı hiss etdim. Klub tarixində ilk dəfə Asiya Çempionlar Liqasının qalibi olduq. Bu mənim seçimimi təsdiqlədi. Ümid edirəm ki, növbəti illər bunu daha da təsdiq edəcək”.

33 yaşlı qolkiper 2023-cü ildə 16 milyon funt-sterlinqə “Çelsi”dən “Əl-Əhli”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button