
“Əl-Əhli” İngiltərə millisinin üzvünü “qaralayıb”
“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Əhli” 24 yaşlı futbolçunu yay transfer dövrü üçün prioritet hədəf olaraq seçib.
Bununla belə, “Nottingem Forest”in liderlərindən sayılan Gibbs-Uaytı bu transferə razı salmaq asan olmayacaq. Gözləntilərə görə, ingiltərəli futbolçu klubunu dəyişmək qərarına gəlsə belə, Avropada qalmağa üstünlük verəcək. Onun klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına kimidir.
Gibbs-Uayt İngiltərə millisində üç oyuna çıxıb. O, son olaraq Andorra ilə keçirilən matçın son dəqiqələrində meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin