
Əlcəzair millisinin üzvü “Bayer”də – Rəsmi
“Bayer” Əlcəzair millisinin yarımmüdafiəçisi İbrahim Maza ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.
Hazırkı mövsümdə “Herta” ilə Almaniya 2-ci Bundesliqasında 32 oyun keçirən Maza 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bayer”in ilk yay transferinin məbləği təxminən 12 milyon avro ola bilər. 19 yaşlı futbolçu “Milan” və “Portu”nun təkliflərini qəbul etməyərək, Almaniyada qalmağı üstün tutub.
Xabi Alonsonun rəhbərliyindəki “Bayer” hazırkı Almaniya çempionudur. Bu mövsüm Bundesliqada 31 oyunda 67 xal toplayan Leverkuzen təmsilçisi hələ də çempionluq uğrunda nəzəri olaraq şanslarını qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



