“Elə futbolçular var ki, ölkəsi üçün hər şey edər”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bayern”in yarımmüdafiəçisi Coşua Kimmixin AÇ-2024-də hansı mövqedə oynayacağını açıqlayıb.
Komanda.az “Der Spiegel”-ə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis Kimmixi universal futbolçu adlandırıb:
“O, universal futbolçudur. Toni Kroos milliyə qayıtmasaydı, Kimmix sağ cinah müdafiəçisi kimi çıxış edəcəkdi. Elə futbolçular var ki, ölkəsi üçün hər şey edər. Bunlardan biri də Kimmixdir”.
2024-cü ilin futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək.
29 yaşlı Kimmix Almaniya millisinin heyətində 82 oyun keçirib, 6 qol vurub və 19 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin