“Ələ düşən fürsətlərdən istifadə edə bildik” – “Sabah”ın məşqçisi
“Sabah”ın məşqçisi Ruslan Qafitullin Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur hələ. Nəsə deyə bilmərəm.
Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin