“Elə şeylər var ki, onları pulla ala bilməzsiz” – Serxio Ramos
“Sevilya”nın müdafiəçisi Serxio Ramos kluba qayıtması haqda danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispan futbolçu hər məşqdən zövq aldığını bildirib:
“Sevilya” mənə hər şeyi verdi. Bu klub məni bir futbolçu kimi ilk dəfə La Liqada oynamağım üçün hazırladı və o vaxtdan içimdə nə isə hiss etdim. Bu rəngləri hiss etdim. Mənə evə qayıtmaq imkanı təklif olunduqda, dövrü başa çatdırmaq üçün, qayıtmaq istədiyim üçün bunu seçdim. İnsanlara duyduğum bütün sevginin qarşılıqlı bir şey olduğunu görmək istəyirdim. Bu, mənim üçün unudulmaz bir an idi və karyerasına doğma şəhərdə başlayan hər kəsə tövsiyə edərdim. Hər gündən, hər məşqdən və hər oyundan zövq alıram. Burada çox yaxın dostlarım, uzun illər klubda tanıdığım insanlar var və onları yenidən tapdım. Belə şeylərdən həzz almaq ruhumu sakitləşdirir. Xaricdə və ya digər komandalarda nə qədər təcrübə qazansaz da, elə şeylər var ki, onları pulla ala bilməzsiz”.
Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə “Sevilya”dan “Real”a transfer olunmuşdu.
Bizi Facebook-da izləyin