
Skaloni: “Bu matç Messinin dediyi kimi olacaq”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Venesuela yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu matç həqiqətən də, Lionel Messinin dediyi kimi olacaq: emosional və xüsusi. Bu onun Argentinada son rəsmi oyunu ola bilərsə, biz bundan yararlanmalıyıq. Ümid edirik ki, tamaşaçılar bundan həzz alacaqlar, çünki onlar buna layiqdirlər”.
Messi 2005-ci ildən Argentina millisində çıxış edir. 38 yaşlı forvard bu vaxt ərzində 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə edib.
DÇ-2026-nın seçmə mərhələsinin Argentina – Venesuela oyunu sentyabrın 5-dən 6-na keçən gecə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



