İş qaydalarını pozan federasiya prezidenti vəzifəsindən uzaqlaşdırıldı

Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas vəzifəsindən uzaqlaşdırılıb.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Eqas, Ekvador Futbol Federasiyasının Direktorlar Şurasının qərarıyla vəzifəsindən qovulub. Buna səbəb, prezidentin iş qaydalarını pozması olub.

Direktorlar Şurasının 9 üzvünün 6-sının ortaq qərarına əsasən federasiyaya vitse-prezident Xayme Estrada rəhbərlik edəcək.

Eqas, 2019-cu ildən Ekvador Futbol Federasiyasına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button