“Əks-hücumlar və topa sahib olmağı sevirik” – Romao

“Qarabağ”ın futbolçusu Julio Romao Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi öz oyun üslublarından danışıb: “Əks-hücumlarda çox oynayırıq, topa sahib olmağı da sevirik. Son vaxtlar Avropa Liqasında topa daha çox sahib olmağa və rəqibə təzyiq etməyə çalışırıq. Çünki topa sahibliyi çox tez bərpa etməyə çalışırıq və onu ələ keçirərkən tez hücuma keçirik”.

O, səfərdə çıxış etmələrinə baxmayaraq, Bakıya sərfəli nəticə ilə qayıtmaq arzusunda olduqlarını söyləyib: “Bu, təkcə mənim üçün deyil, Portuqaliyada vaxt keçirmiş digər oyunçular üçün əla gün olacaq. “Braqa”nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, onlar çox yaxşı komandadırlar, güclü heyəyə malikdirlər Amma biz də uzun illər Avropa Liqasında oynamışıq və təcrübəmiz var. Hər iki komanda qələbə qazana bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button