
ÇL: “Qalatasaray”la oyun asan olmayacaq”
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un hücumçusu Huqo Ekitike UEFA Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a qarşı keçirəcəkləri oyun öncəsi danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Türkiyə klubu ilə qarşılaşmanın asan keçməyəcəyini söyləyib:
“Bu, asan oyun olmayacaq. Sadəcə, mövsümün əvvəlidir və biz hələ yaxşı anlaşma yaratmalıyıq. Zamanla hər şey ən yüksək səviyyədə olacaq. Mən buna əminəm”.
“Qalatasaray”ın “Liverpul”la oyunu bu gün, İstanbulda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



