Əkbərovadan İslamiadada gümüş medal

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) 6-cı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 0:2 hesabı ilə məğlub olub.

Cavad Ağayev bürünc medal uğrunda döyüşdə məğlub olubsa, Məryəm Məmmədova 1/4 finalda, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.

İslamiada noyabrın 21-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button