
“Ehtiyatlı olun, “Real”, sizin üçün gəlirik” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Çempionlar Liqasındakı ilk qələbəsini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ÇL-i ən çox qazanan “Real”a çatacaqlarını deyib:
“Ehtiyatlı olun, “Real”, biz sizdən 13 titul geridəyik, amma sizin üçün gəlirik. Biz yoldayıq!”
“Mançester Siti” ilk dəfə Çempionlar Liqasının qalibi olub. “Şəhərlilər” final matçında “İnter”i 1:0 hesabı ilə məğlub edib.
“Real” 14 Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin