“İkinci qapıçı olmaq heç də asan deyildi” – Ter Ştegen
Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen həmkarı Manuel Noyerin zədələnməsindən sonra yığmada əsas qolkiper olmasından söz açıb.
Komanda.az “Suddeutsche Zeitung”-a istinadən xəbər verir ki, o, ehtiyatda ikinci qapıçı olmağın asan olmadığını deyib:
“Manuel Noyer hazırda zədəlidir. İndi bir nömrə mənəm və məqsədim bunu qoruyub saxlamaqdır. Hazırkı çıxışımı davam etdirsəm, bir nömrə kimi qalmaq şansım var.
Milli komandaya kömək etmək istəyirəm. Noyer yığmada son bir neçə ildə əla işlər görüb. Son turnirlər bizim üçün uğursuz oldu. Ehtiyatda ikinci qapıçı olmaq heç də asan deyildi”.
Noyer 2022-ci ilin 10 dekabrında xizək sürən zaman ayağını sındırıb. O, bu səbəbdən milli komandaya kömək edə bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin