
Ehtiram Quliyev: “Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır”
“Turan Tovuz”un Kürdəxanıdakı təlim-məşq bazasının açılışı olub.
Komanda.az xəbər verir ki, açılışda iştirak edən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev açıqlama verib. Klub rəhbəri yaxın illərdə avrokuboklarda pley-off oynamağı hədəflədiklərini deyib:
“Yaxın üç ildə ən azı avrokuboklarda pley-off oynamaq, mümkün olsa, qrup mərhələsində iştirak etməyi düşünürük. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə, buradakı təlim-məşq bazasının inşasına böyük xərclər gedib. Çox asanlıqla bu pulu oyunçulara verməklə nailiyyətlər əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır.
“Turan Tovuz” azarkeşləri qələbədə də, məğlubiyyətdə də komandanın yanındadır. Komanda 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Heç bir şübhəmiz yoxdur, azarkeşlərimiz yanımızdadır”.
Bizi Facebook-da izləyin



