Ehtimal: “Qarabağ” “Nant”la oyuna bu “11-lik”lə çıxacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Nant”ı (Fransa) qəbul edəcək.

Komanda.az xəbər verir ki, “MadeInFOOT” portalı komandaların oyun sxemi və start heyətləri ilə bağlı proqnozlarını verib.

Portala görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 4-2-2-1 oyun sxemini seçəcək. “Köhlən atlar”ın meydana bu start heyəti ilə çıxacağı ehtimal edilib:

Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Qara Qarayev, Marko Yankoviç, Kadi Borges, Ramil Şeydayev, Abdullah Zubir, Ovusu Kvabena.

Portal “Nant”ın baş məşqçisi Antuan Kombuarenin isə 4-3-3 sxeminə sadiq qalacağını və bu futbolçulara start heyətində yer verəcəyini yazıb:

Alban Lafont, Fabio, Jan-Şarl Kastelletto, Nikola Pallua, Kenten Merlen, Mussa Sissoko, Samuel Mutussami, Pedro Çirivelya, Ludovik Blas, Mostafa Mohamed, Mouzes Sayman.

“Qarabağ” – “Nant” matçı saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button