Əhmədiyev Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
Komanda.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub.
O, rəqibini vaxtından əvvəl üstələyib – 10:0.
Daha əvvəl Beka Kandelaki (130 kq) və Nihat Məmmədli (60 kq) qələbə qazanıblar, İslam Abbasov (87 kq) isə məğlub olub.
Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin