
“Mançester Yunayted”də pis oyunçular varsa, onları qovmaq lazımdır”
Rio Ferdinand Den Aşvortun “Mançester Yunayted”in idman direktoru vəzifəsindən istefa verməsindən danışıb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in ingiltərəli keçmiş müdafiəçisi və hazırda futbol eksperti kimi çalışan mütəxəssis “qırmızı şeytanlar”ın ətrafında indi çox səs-küyün olduğunu bildirib:
“Ümid edirəm ki, klub komandadakı oyunçulara qarşı da amansız olacaq. “Mançester Yunayted”də pis oyunçular varsa, onları klubdan qovmaq lazımdır. “Qırmızı şeytanlar”ın ətrafında indi çox səs-küy var”.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 15 turundan sonra 19 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komandanın baş məşqçi postuna bir müddət əvvəl portuqaliyalı mütəxəssis Ruben Amorim gətirilib.
Bizi Facebook-da izləyin