“Sane özünü yaxşı hiss edirsə, klubdan niyə ayrılsın?” – Matteus
“Bayern”in sabiq futbolçusu Lotar Matteus cinah yarımmüdafiəçisi Leroy Sanenin Münhen klubunu tərk edəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, keçmiş futbolçu bunu söyləyib:
“O, indi dünyanın ən böyük komandalardan birində oynayır. Özünü tam və yaxşı hiss edirsə, klubdan niyə ayrılsın?”
Almaniyalı futbolçu ilə “Liverpul”un maraqlandığı bildirilir.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm “Bayern”in heyətində 12 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin