“Çelsi”nin baş məşqçisi 2 futbolçuya qapını göstərdi – “Getməlidirlər”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın yarımmüdafiəçisi Rahim Sterlinq və müdafiəçi Benjamin Çiluellin gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:
“İndi onlar ayrıca məşq edirlər. Əla heyətimiz var və hər kəsə oynamaq şansı vermək mümkün deyil. Onlar daha çox oynamaq istəyirlərsə, getməlidirlər. Getməsələr, burada müqavilələri var, onlar “Çelsi”nin oyunçularıdır.
Sterlinqin pis oyunçu olduğunu demirəm, amma fərqli cinah oyunçusuna üstünlük verirəm. Səbəb budur. “Mançester Siti” ilə oyundan bir gün əvvəl onunla təkbətək danışdım və vəziyyəti aydın şəkildə izah etdim. Bu, qəddarlıqdır? Mən belə düşünmürəm. Mən dürüst olmağa çalışıram.
Çiluellə gəlincə, dedim ki, o, əla oğlandır, amma vəzifəsinə görə çətin anlar yaşayacaq. Onun üçün çətin olacaq. Bunun qəddarlıq olduğunu düşünürsənsə, bu, sənə bağlıdır. Mənim üçün bu, qəddarlıq deyil, sadəcə olaraq dürüstlükdür”.
“Çelsi” Premyer Liqanın yeni mövsümünün ilk turunda evdə “Mançester Siti”yə uduzub (0:2). “Zadəganlar” növbəti oyunda – Konfrans Liqasında avqustun 22-də evdə İsveçrənin “Servett” komandası ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin