Konte: “Hər bir problemə hazıram”
“Napoli”nin baş məşqçisi Antonio Konte qarşıdan gələn mövsümlə bağlı gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gələn mövsüm üçün hər cür təzyiqə hazır olacaqlarını deyib:
“Keçən mövsüm “İnter”lə fərq 41 xal, Çempionlar Liqası zonası ilə 15 xal idi. Bunlar sadəcə faktlardır. Bu yay “İnter”i gücləndirən Pyotr Zelinskini də itirdik. Transfer dövrünün bizim üçün necə keçəcəyini bilmirik. Amma hər bir problemə hazıram. Bizə təzyiq etmək istəyirlərsə, bu, problem deyil. Biz diqqətimizi ötən mövsümün absurdluğundan sonra vəziyyəti düzəltməyə cəmləməliyik”.
Neapollular 2022/23 mövsümündə 33 ildən sonra ilk dəfə A Seriyasını qazansalar da, 2023/24 mövsümündə yalnız 10-cu olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin