
“Qarabağ”a qarşı bu cür heç-heçədən məmnunam” – Vasili Berezutski
“Sabah” Azərbaycan Premyer Liqasının 24-cü turunda bu gün “Qarabağ”la üz-üzə gəlib.
Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. O, 1:1 hesab ilə başa çatan oyunu belə şərh edib:
“Çox maraqlı oyun alındı. Hava şəraitinin kəskin olmasına baxmayaraq, qarşılıqlı hücumlar oldu. Oyunun sonlarında qol fürsətlərimiz oldu. “Qarabağ”a qarşı bu cür heç-heçədən məmnunam. Məşqlərdə bizim qədər hücumun sonlandırılması ilə bağlı işləyən komanda yoxdur. Komandamın topla çıxışından narazı qaldım. Çoxlu top itkiləri olurdu”.
“Burada futbolçu kimi çıxış etmisiz” sualına rusiyalı çalışdırıcı belə cavab verib:
“Həmin oyunda “Neftçi” ilə matçda ehtiyat oyunçular skamyasında oturmuşdum. Əfsanəvi stadionda oynamaq mənim üçün unudulmaz hisslərdir”.
“Sabah” növbəti turda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin