Ederson üçün unudulmaz oyun

“Mançester Siti” Premyer Liqanın 17-ci turunda “Lids”i məğlub edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç “şəhərlilər”in braziliyalı qapıçısı Ederson üçün əlamətdar olub.

O, 197 oyuna çıxmaqla 150 qələbə qazanan ilk oyunçu olub. “Sambaçı” İngiltərə Premyer Liqasında 200-dən az oyuna çıxmaqla bu uğura imza ata bilib.

Öncədən bu göstərici üzrə rekord “Mançester Yunayted”lə 213 matçda 150 qələbə qazanan müdafiəçi Patris Evraya məxsus idi.

Hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir. “Lids” isə 15 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button