
Ançelottidən “qələmini qırdığı” Hazard haqda açıqlama
“Real”ın baş məşqçisi Karlo Ançelotti belçikalı yarımmüdafiəçi Eden Hazardın La Liqanın 7-ci turunda “Osasuna” ilə oyunda (1:1) meydana çıxmamasının səbəbini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Hazardın tələblərə uyğun gəlmədiyini deyib:
“Oyun elə idi ki, Hazarda yox, ikinci hissədə mübarizə apara bilən ikinci hücumçuya ehtiyac var idi. Lakin Hazard qətiyyən bu tələblərə uyğun gəlmir”.
31 yaşlı belçikalı bu mövsüm La Liqada 3 oyun keçirib, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin