Hazard “Anderlext”də – Rəsmi

Dortmund “Borussiya”sının futbolçusu, Eden Hazardın qardaşı Torqan Hazard “Anderlext”ə transfer olunub. 

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin müqaviləsi üç mövsüm üçün nəzərdə tutulub.

Hazardın transfer dəyəri 4 milyon avro olaraq qiymətləndirilir. Yeni klubunda o, 11 nömrəli forma geyinəcək.

Hazard Belçika millisində 47 oyun keçirib və 9 qol vurub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button