Hazard mövsümün ən yaxşısı seçildi
İngiltərə Peşəkar Futbolçuları Asossiasiyasının azarkeşlər arasında keçirdiyi sorğu nəticəsində ilin ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, “Çelsi”nin üzvü Eden Hazard azarkeşlər arasında keçirilən sorğuya əsasən, Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusu seçilib. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Peşəkar Futbolçular Assosiasiyasının futbolçular arasında keçirdiyi səsvermə nəticəsində isə “Liverpul”un müdafiəçisi Vircil van Dayk Premyer Liqada mövsümün futbolçusu seçilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin