Hazard Avropanı tərk etmək istəyir
“Real”ın yarımmüdafiəçisi Eden Hazard karyerasını MLS-də davam etdirə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, belçikalı futbolçu “kral klubu”nda əsas heyətə düşə bilmədiyi üçün komandanı tərk etməyə hazırdır.
O, əvvəlki formasını bərpa etmək üçün ABŞ-ın futbol liqasında çıxış etməyi daha uyğun variant hesab edir.
Hazardın Madrid klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin