Eddi İsrafilovun azarkeşlərdən xahişi
“Neftçi”nin futbolçusu Eddi İsrafilov klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü oyundan-oyuna özünü daha yaxşı hiss etdiyini deyib:
“Uyğunlaşma prosesi normal gedir. Oyundan-oyuna özümü daha da yaxşı hiss edirəm”.
30 yaşlı yarımmüdafiəçi ardıcıl üç görüşdə qələbə qazandıqları üçün sevindiyini söyləyib:
“Hər birimiz qalib gəlmək üçün sonadək mübarizə apardıq. Komanda yoldaşlarımdan kiminsə köməyi olmasa, qalib gəlmək mümkün olmaz. Buna görə də, bu qələbələrdə hamının böyük əməyi var”.
İsrafilov Premyer Liqanın 18-ci turunda üz-üzə gələcəkləri “Səbail”lə qarşılaşmaya da toxunub:
“Hər növbəti matça qələbə qazanmaq düşüncəsi ilə çıxırıq. Çünki biz “Neftçi”yik və çox yaxşı komandamız var. Düzdür, bu, futboldur və oyun ərzində çox şey ola bilər. Bununla belə, rəqibdən asılı olmayaraq yalnız qələbə haqda düşünürük”.
Yarımmüdafiəçi son olaraq azarkeşlərə müraciət edib:
“Azarkeşlərdən xahiş edirəm ki, bir-birimizə dəstək olaraq mübarizəyə davam edək. Axı onların dəstəyi bizim üçün çox vacibdir. Biz birlikdə daha da güclüyük. Azarkeşlərin dəstəyini hiss edəndə meydana çıxmaq daha da asan olur”.
Bizi Facebook-da izləyin