“Edə biləcəyimiz yeganə şey Azərbaycana qalib gəlib, gözləməkdir” – Lüksemburqlu futbolçu

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının sonuncu turu çərçivəsində qarşılaşacağı Lüksemburq yığmasının futbolçusu Loran Yans açıqlama verib.

Komanda.az xəbər verir ki, Lüksemburqun Kipr millisinə 1:2 hesabı ilə məğlub olması barədə danışan futbolçu, Azərbaycanla keçirəcəkləri oyuna da toxunub:

“Çətin oyun olacağını bilirdik. Liderliyimizi qoruya bilmədik. Həmişə deyirlər ki, futbolda hər şey olur, amma indi realist olmalıyıq. Edə biləcəyimiz yeganə şey Azərbaycana qalib gəlib, gözləməkdir. Monteneqronun Kiprlə oyundakı nəticəsini gözləməliyik”.

Lüksemburq – Azərbaycan oyunu noyabrın 17-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button