“Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları dilə gətirib:
“Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir. Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi “Səbail”lə bundan da vacib oyun gözləyir.
Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu praktikanı Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq”.
Bizi Facebook-da izləyin