Dəstələr, narkotiklər, davalar…
“Barselona”nın sabiq futbolçusu Tyeri Anri Fransanın Les Ulis şəhərində keçirdiyi uşaqlıq illərindən danışıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu uşaqlığını belə xatırlayıb:
“Adi bir şəhər. Burada yaşamağın mənə qatdığı çox şey var. Dəstələr, narkotiklər, davalar, xoşbəxtlik, müxtəliflik, fərqli yeməklər, fərqli dinlər. Mən həmişə demişəm ki, bu, mənim üçün dünyanın necə bir yer olduğunu başa düşməyin ən yaxşı yolu oldu”.
Anri peşəkar futbolçu karyerasına 1994-cü ildə “Monako”da başlayıb. O, “Yuventus”, “Arsenal”, “Barselona”, “Nyu York Red Bulls”da oynayıb. Anri Fransa millisinin də üzvü olub. Sabiq forvard hazırda Fransanın U-21 yığmasının baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin