
“Dəhşətli meydançada oynadıq” – Van Dayk
“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Dayk komandasının AÇ-2024-ün seçmə mərhələsinin 8-ci turunda Yunanıstanla oyunda (1:0) qazandığı qələbə haqda danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, matçı belə şərh edib:
“Dəhşətli meydançada oynadıq. Yunanları qovduq və indi iki qələbə sayəsində onları ötdük. Başladığımız işi yekunlaşdırıb Avropa çempionatına vəsiqə qazanmalıyıq. Biz bunu mütləq edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin