“Dəfələrlə demişəm, bir daha deyirəm…” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi Serxio Buskets haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı yarımmüdafiəçinin digər oyunçular üçün nümunə olduğunu vurğulayıb:
“O, digər futbolçular üçün nümunədir. Dəfələrlə demişəm, bir daha deyirəm: mən Busketsin komandada qalmasını istəyirəm”.
34 yaşlı oyunçunun Kataloniya təmsilçisi ilə cari sözləşməsi 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Öncədən “Barsa”nın Busketsə illik maaşını 7-8 milyon avroya azaltmaqla yeni müqavilə təklif etdiyi bildirilirdi.
İspaniyalı futbolçu 2005-ci ildən Kataloniya təmsilçisinin heyətindədir. Buskets bu müddətdə 713 dəfə meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin