Dzeko yenidən İtaliyada

İtaliyanın “Fiorentina” klubu 39 yaşlı hücumçu Edin Dzekonun transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bosniyalı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Dzeko ötən mövsüm “Fənərbağça”nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər “Volfsburq”, “Mançester Siti”, “Roma” və “İnter” kimi tanınmış klublarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button