Dzeko İngiltərəyə qayıdır?

“Tottenhem”in baş məşqçisi Antonio Konte “İnter”in 36 yaşlı hücumçusu Edin Dzekonu heyətinə qatmaq istəyir.

Komanda.az “Calciomercatoweb”-ə istinadən xəbər verir ki, ingiltərə klubu bosniyalı hücumçu ilə əlaqə saxlayıb.

Dzekonun “İnter”lə müqaviləsi 2023-cü ilin yayında başa çatır. “Milan” təmsilçisi hücumcu ilə müqaviləni yeniləməsə, yanvarın 1-dən başqa klublarla danışıq aparmaq mümkünləşə bilər.

Bu mövsüm futbolçu “İnter”in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button