Mourinyonun dili yenə başına bəla oldu

“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Sassuolo” ilə oyundan (2:1) əvvəl hakim Matteo Marsenaro ilə bağlı şübhələrini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Düzünü desəm, hakimlə bağlı narahatlığım var. O, artıq üç dəfə bizim matçlarda işləyib. Düşünmürəm ki, o, bu səviyyədə fəaliyyət göstərəcək emosional sabitliyə malikdir. Bu, təkcə “Sassuolo” – “Roma” oyunu deyil. Çempionlar Liqası zonasından üç xal geridəyik, bu bizim üçün çox vacib oyundur”.

Bundan sonra İtaliya Futbol Federasiyası baş məşqçinin sözlərini araşdıracağını və işin artıq açıldığını bildirib.

Matçdan sonra Mourinyo yenidən açıqlama verb:

“Mənim italyan dilim müəyyən anlayışları ifadə etmək üçün o qədər də cilalanmış deyil. Mən emosional sabitlik haqqında danışarkən, həyatda və futbolda ən yüksək səviyyədə işləmək üçün lazım olan keyfiyyəti nəzərdə tuturdum”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button