“Düzgün yoldayıq” – Qriqorçuk
“Nəticədən narazı qaldım. Amma bizim yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam uyğunlaşmayıblar. Buna görə də axsamalarımız var”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə “Şamaxı” ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
Ardıcıl 5 oyundur qalib gələ bilməyən komandanın çalışdrıcısı bugünkü nəticəni belə şərh edib: “Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, yaxşı mənada fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Çoxlu qollar vura bilərdik. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi”.
Ukraynalı mütəxəssis qeyd edib ki, milli komandanın oyunları ilə bağlı yaranacaq fasilə onlar üçün çox vacibdir: “Komandamızın daha da yaxşı komplektləşməsi lazımdır. Tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. İstəyirik ki, komandamız daha da sərt şəkildə hücumlar yaratsın. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik”.
Qriqorçuk transferləri əvvəldən deyil, mövsümün gedişində etmələri ilə bağlı saulı da cavablandırıb: “Toplanışa indiki heyətlə başlasaydıq, 300 faiz dahayaxşı oynayardıq, daha yaxşı çıxış edərdik. Amma bəzi səbəblər var ki, bilirik, bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq, düzgün yanaşmadayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də bizimlə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir”.
Bizi Facebook-da izləyin