“Mançester Yunayted” satıla bilər

Qleyzer ailəsi “Mançester Yunayted”i sata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu baş verərsə, klubun həmsahibi Cim Ratkliffin də “qırmızı şeytanlar”dakı payı satışın içərisində alınacaq. Bu barədə “The Times” nəşri məlumat paylaşıb:

“Ratkliffin 30 faizlik paya sahib olması Qleyzerlərin klubu satmağı düşünməyəcəkləri demək deyil. Onlar mütləq düzgün qiymətə satmağa razı olacaqlar.

Ratkliff klubu satın aldıqda, müqaviləyə bir bənd daxil edildi: uyğun bir təklif gələrsə, Qleyzerlər bütün klubu sata bilər. Bu o deməkdir ki, təkcə onların deyil, həm də Cim Ratkliffin payı alınacaq, ona görə də, Qleyzerlərin bütün klubu sata bilməsi ehtimalı var. Ancaq bütün xəbərləri və tək bir “tvit”in yaratdığı həyəcanı nəzərə alsaq, bu, indi qəribə görünür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button