Sautqeyt qərar vermək üçün vaxt istəyir

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt milli komandadakı gələcəyi haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, baş verən hadisələri təhlil etdiyini dilə gətirib:

“Düşünürəm ki, son 18 ay mənim üçün çətin oldu. Son bir neçə həftə ərzində hər şey yolunda getsə də, mən hələ də baş verənləri təhlil edir və düşünürəm. Hazırda beynimdə çox sayda ziddiyyətli fikirlər var. Ona görə də, milli komandada qalmaq qərarının düzgün olduğuna əmin olmaq istəyirəm”.

Sautqeyt düzgün qərar qəbul etmək üçün zamana ehtiyac duyduğunu bildirib:

“Düzgün qərar qəbul etmək istəyirəm. Düşünürəm ki, indi bu qərarı vermək üçün doğru vaxt deyil. Hətta növbəti bir neçə gündə də. Vaxt lazımdır”.

O, İngiltərə yığmasını DÇ-2018-in yarımfinalına, AÇ-2020-nin finalına və DÇ-2022-nin 1/4 finalına çıxara bilib. Sautqeytin milli komanda ilə müqaviləsi 2024-cü ilin dekabrında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button