“Düzgün oynayıb vəzifəmizin öhdəsindən gəldik”
“Neftçi”nin yarımmüdafiəçisi Stiven Monroz Premyer Liqanın 7-ci turu çərçivəsində 2:1 hesabıyla məğlub etdikləri “Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, ilk qolun müəllifi olan fransalı futbolçu azarkeşlərin dəstəyinə ehtiyac olduğunu bildirib:
“Bu gün heç bir təzyiq və ya gərginlik hiss etmədim. Çox şadam ki, qələbə qazandıq. Düzgün oynayıb vəzifəmizin öhdəsindən gəldik. Azarkeşlərə ehtiyacımız var. Onların dəstəyini bütün oyunlarda hiss etmək istəyirik. Ümid edirəm, belə də olacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin