“Düz yoldayıq” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“İtkilərimiz çox idi. Sistem dağınıq vəziyyətdə idi. Oyuna hücumçusuz başladıq. Tez qol buraxdıq. “Qarabağ”ı təbrik edirəm. “Qarabağ”ın əsas heyətinə qarşı oynamaq nəinki bizə, Avropa klunlarına belə çətindir. “Qarabağ”a qarşı açıq futbol oynamaq cinayətdir. Heyətdə rotasiya eləməyə imkan yox idi. İkinci hissədə komanda yaxşı oynadı, məzmunlu oyun göstərdi. Biz düz yoldayıq. Yolumuza davam edirik.

Müdafiədə itkilərimiz çox idi. Yusif də kiçik zədəylə meydana çıxmışdı. Oyunu dəyişmək üçün heyətimiz yox idi. Bəzi futbolçular öz mövqeyinə yad yerdə çıxış etdilər. Zədəlilər qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq.

Keçən dəfə dediyim kimi, komanda birdən birə 1-ci pillədə ola bilməz. Oyunlarımıza baxıb boşluqları doldurmağa çalışırıq. Büdcəmiz varsa, boşuna xərclər etməməliyik. Lazımlı oyunçular almalıyıq. Biz komanda yox, klub yaradırıq. Klubun təməli qoyulur. Hər 6 aydan bir baxıb boşluqları dolduracağıq.

Futbol proqnozu sevmir. Komandamda potensial var, futbol oynamağı bacarır, hər zaman hər komandaya qol vurur. Düzdür, çox qol buraxırıq, amma qollar da vururuq. Düşünürəm ki komanda yaxşı yerlərdən birini tutacaq”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button