“Bu mövsüm “Liverpul” üçün inanılmaz dərəcədə xüsusi ola bilər”

“Liverpul”un mərkəz müdafiəçisi və kapitanı Vircil van Dayk komandası haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının uğurlu mövsüm keçirə biləcəyinə inanır:

“Məncə, hazırda işlər bizim üçün yaxşı görünür. Mövsümün əvvəlində heç kim dörd kubok uğrunda mübarizə aparacağımızı gözləmirdi, lakin hazırda “Liverpul” liqa çempionluğu uğrunda mübarizə aparır. Bu, reallıqdır. Düşünürəm ki, bu mövsüm “Liverpul” üçün inanılmaz dərəcədə xüsusi ola bilər”.

“Qırmızılar” İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir. Komanda 30 oyundan 73 xal toplayıb və ikinci yerdə qərarlaşan “Arsenal”ı 12 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button