
Amorim: “Çox çətin mövsüm oldu”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandasının yaxşılaşdığını düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Çox çətin mövsüm oldu. Bu, canlı və dəyişən böyük klubdur. Bəzi insanlar üçün bunu başa düşmək və görmək çətindir, amma düşünürəm ki, biz komanda olaraq inkişaf edirik. Bəzi matçlarda qol vura bilməməyimiz öz təsirini göstərdi.
Müsbət məqamı vurğulamaq istəsəm, azarkeşlərlə birlik hissini deyərdim. Bu, başqa bir şeyin başlanğıcıdır”.
“Qırmızı şeytanlar” Premyer Liqada başa çatan mövsümdə turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



