“Yuventus” Mottanı dəvət etməklə düzgün seçim edib”

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabio rəhbərliyin Tiaqo Mottanı baş məşqçi təyin etməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, “Yuventus”un Mottanı dəvət etməklə düzgün seçim etdiyini deyib:

“Tiaqo Motta? O, “Bolonya” ilə yaxşı nəticələr əldə etmiş böyük məşqçidir. PSJ-də birlikdə oynamışıq. Tiaqonun öz karyerası var, mənim də öz karyeram. Gəlin, görək nə baş verir. Düşünürəm ki, “Yuventus” Tiaqo Mottanı dəvət etməklə düzgün seçim edib”.

Rabio 2019-cu ildən “Yuventus”da oynayır və o vaxtdan bəri komanda ilə bir skudetto, iki dəfə İtaliya kubokunu qazanıb.

29 yaşlı futbolçunun klubla sözləşməsi iyulda başa çatır. Lakin “Yuve”nin onunla müqaviləni uzatmaq ehtimalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button