“Tramp bizə təzyiq göstərəcək” – Millinin baş məşqçisi

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ölkənin yeni prezidenti Donald Trampın 2026-cı ilin yayında Amerikada keçiriləcək dünya çempionatında uğur qazanmaq üçün yığma komandaya təzyiq göstərəcəyini fikirləşir.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Trampın onlara təzyiq göstərəcəyini düşünür:

“Düşünürəm ki, Tramp bizə təzyiq göstərəcək, çünki biz çempionata ev sahibliyi edirik və amerikalıların qalibiyyət zehniyyəti var. Onlar heç vaxt sadəcə idmanla kifayətlənmirlər, qələbə qazanmaq istəyirlər, bu, onların mədəniyyətinin bir hissəsidir. Bu, mənim üçün əlavə təzyiq faktoru olacaq, amma mən bunu sevirəm. Çünki o, mənə lazım olan adrenalin səviyyəsini yüksəldir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button