“Düşünürəm ki, Motta “Yuventus”da özünü yaxşı tərəfdən göstərə biləcək”
PSJ-nin rəhbəri Nasser Əl-Xələfi baş məşqçi Tiaqo Mottanın “Yuventus”a mümkün dəvətini şərh edib.
Komanda.az “Football-Italia”-ya istinadən xəbər verir ki, o, Mottaya uğurlar arzulayıb:
“Mən sadəcə ona uğurlar arzulamaq istəyirəm. Düşünürəm ki, Motta “Yuventus”da özünü yaxşı tərəfdən göstərə biləcək. O, altı il Parisdə idi və bu müddət ərzində onun futbolunu və insani keyfiyyətlərini qiymətləndirə bildim. Ona belə böyük çağırış qarşısında ən səmimi arzularımı çatdırıram”.
Daha əvvəl mətbuatda “Yuventus”un Mottanı baş məşqçisi postuna təyin etməyə yaxın olduğu bildirilib. Mütəxəssis ötən mövsüm “Bolonya”da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin